Rauf Arifoğlu: «Hakimiyyət Facebook-a ordu, polis, suvuran maşın yeridə bilmir»

http://www.youtube.com/embed/uk7AyhbhOy8?rel=0

Facebook şərhləri (AzadlıqFM 10.12.2012)

- Facebookdan şərh elə

-
Facebook-da yaradılan seçki səhifələrinə daxil olanda, qeyri-adi heç nə görmürsən. Siyasətçilərin adlarıdır, istənilən Facebook istifadəçisi də onlara səs verə bilər.

Lakin bu məsələnin qaranlıq, sirli tərəfləri də var. AzadlıqFM-in ekspertləri bu səsvermə aysberqinin suyun altında qalan hissəsinə nəzər salır. Necə? Videoya baxsan bilərsən.

AzadlıqFM-in 10 dekabr proqramının qonağı «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğludur. Facebook praymeriz siyahısında onun da adı var. Ən çox səs toplayanlardan biridir, lakin özünün xəbəri yoxdur.

Onun efirdə dediklərini qısa şəkildə dərc edirik. Tam müsahibəyə isə audida və ya videda vax.


  • Reallıqdakı seçkilərlərlə, Facebook-dakı seçkilər arasında müxtəliflər ola bilər.

  • Müxalifətin vahid namizədinin seçmək çox çətindir. Amma İctimai Palatanın 2 namizədi var və bunlar arasından vahid namizədi seçə bilərik. Amma mən burda praymerizə ehtiyac görmürəm. Bu münasibətləri daha da gərginləşdirəcək...

  • Facebook-dakı sorğular hələ ki, təftiş olunmayıb. Ona görə Facebook sorğularına istinad edərkən diqqətli olmaq lazımdır. Facebook bu dəqiqə partiyaların qərargahı kimidir...

  • Mən bəzi internet sorğularını tez-tez izləyirəm. Elə adamlar sorğularda gəlib, ön sıraları tutur ki, bu adamların adı qəzet planlaşdırmaları zamanı mənim yadıma düşmür. Amma belə adamlar güya ictimaiyyət arasında ön sıralardadılar.

  • Ərəb ölkələrində insanlar virtuallıqdan reallığa keçdi. Azərbaycandasa əksinədir, küçələr, meydanlar, qərargahlar daraldıqca sosial şəbəkələr genişlənir. Müxalif məkan sosial şəbəkədə çox ciddi qərarlaşıb.

  • Hakimiyyət çox cəhd göstərir ki, Facebook-da müxalifətçiləri zərərsizləşdirsin. Amma bu mümkün deyil. Qısası, hakimiyyət Facebook-a ordu, polis, suvuran maşın yeridə bilmir...

  • Facebook-dakı sorğulara mötəbər mənbə kimi baxmaq düzgün olmaz...

  • Mənim qənaətim bundan ibarətdir ki, Azərbaycanda hakimiyyəti seçki yolu ilə dəyişmək mümkündür. Mən bunun alternativini görmürəm. Bu yolda biz seçməliyik ki, biz hansı namizədlə seçkidə qalib gələ bilərik...

Sən necə düşünürsən. Müzakirələr davam edir.