Talibanın oğurladığı amerikalı həkim azad edilib

Əfqanıstanın şərqində talibançılar tərəfindən oğurlanmış amerikalı həkim azad edilib.

NATO komandanlığı onun çərşənbə günü Kabilin ətrafında girov götürüldüyünü, bazar gününə keçən gecə isə azad edildiyini bildirir.

ABŞ hərbçilərinin keçirdiyi əməliyyat barədə ətraflı məlumat verilmir.