Chavez əməliyyat üçün yenə də Kubaya gedir

Hugo Chavez

-
Venesuala prezidenti Hugo Chavez xərçənkdən əməliyyat olunmaq üçün bu gün yenidən Kubaya gedir.

Bunu milli televiziya ilə çıxışında Chavezin özü deyib.

Oktyabrın 7-də yenidən prezident seçilən Chavez ilk dəfə bildirib ki, əgər səhəti pisləşsə, onu vitse-prezident Nicolas Maduro əvəz edəcək.

58 yaşlı Chavez 2011-ci ildə Kubada xərçəng şişindən 2 dəfə əməliyyat olunub.