Misirdə orduya əmr verilib ki, hökumət binalarını qorusun

Misir prezidenti Muhammad Morsi orduya əmr verib ki, 15 dekabr referendumu ərəfəsi hökumət qurumlarını qorusun.
Əmrə görə, ordu zabitləri lazım gəlsə, mülki şəxsləri həbs edə bilər.

Yeni tədbirlər müxalifətin cümə axşamına təyin olunan kütləvi aksiyası ilə də bağlıdır.
Müxalifətin fikrincə Morsinin referenduma çıxarılan yeni konstitusiyası fundamental insan haqlarını qorumur.