2012-ci ilin 12 ən fəal insan haqları müdafiəçisi

Myanmarın ən məşhur insan haqları fəalı və müxalifət lideri, Nobel Sülh Mükafatı ödüllü Aung San Kyi 2010-cu ildə 15 illik ev dustaqlığından azad ediləndən sonra parlamentə seçilib. Bu ilin noyabrında ABŞ prezidenti Barack Obama Myanmara səfəri zamanı xanım Kyi-ni də evində ziyaərt edib.

Çində insan haqları fəalı Chen Guangcheng. Gözdən əlil olan Çində zorakı yolla həyata keçirilən bir uşaq siyasəti, uzun müddətli abortlar beynəlxalq ictimaiyyətin diqqətini çəkəndən sonra həbs edilmişdi. Dörd illik həbsdən sonra cəzası ev dustaqlığı ilə əvəz edilmiş, 2012-ci ildə isə qaçaraq ABŞ-ın Pekindəki səfirliyinə sığınmışdı. Diplomatik qalmaqala səbəb olsa da onu may ayında xanımı və iki qızı ilə ABŞ-a köçürmək mümkün olub.

Belorusun həbsdə olan müxalifət lideri Ales Byalyatski. Qərbdə onun haqqında elan edilən vergidən yayınma ittihamını siyasi motivli təqib hesab edirlər. Belorusda ilk demokratik hərəkatın – Belorus Xalq Cəbhəsinin qurucusu olan Byalyatski həm də nüfuzlu Vyasna, İnsan Haqları Mərkəzi kimi nüfuzlu qurumların yaradıcısıdır. 

İranda həbsdə olan hüquq-müfadiə fəalı Nasrin Sotoudeh. O, İranda müxalifətçi, qadın məhbusların, eləcə də ölüm hökmü gözləyən gənc dustaqların fəal müdafiəçisi kimi tanınır. Onu dövlətin təhlükəsizliyi əleyhinə təbliğatda suçlayaraq 6 il müddətinə azadlıqdan məhrum ediblər. Vicdan məhbusları üçün verilən Saxarov Mükafatının 2012-ci il laureatlarındandır.  

Çində rəssam və siyasi fəal Ai Weiwei. 2008-ci ilin Pekin Olimpiadasının təşkilində fəal rol oynamış Weiwei korrupsiya ittihamlarına görə hökumətin gözündən düşüb. Onu vergidən yayınmaq ittihamı ilə keçən il 3 ay müddətinə həbsə atıblar. Pekinin vergi idarəsi ondan 2.4 milyon dollar vergi və cərimələr tələb edir. 

ABŞ-da Human Rights Watch insan haqları təşkilatının direktoru Peter Bouckaert.  O, insan haqlarının pozulduğu regionlarda ön cəbhələrdə olur. Bu il Liviya diktatoru Muammar Qaddafinin adamlarını müxalifətçilərin necə edam etdiklərini sənədləşdirib. 

Konqoda həkim Denis Mukwege. Hücuma məruz qalaraq ağır yaralanıb. Özü ginekoloji cərrah olan Mukwege Konqoda seksual zorakılıq qurbanları olan adamları müalicə edir. Bu ilin oktyabrında nəməlum silahı evinə girərək uşaqlarının yanında onu güllələyib. 

Qazaxıstanda həbsdə olan müxalifət lideri Vladimir Koslov. O, İrəli və Xalq Cəbhəsinin rəhbəridir. Keçən il Janaözen şəhərində neft sənayesi işçilərinin kütləvi etiraz aksiyasına görə onu da dövlət çevrilişinə cəhd ittihamı ilə tutub 7 il yarım müddətinə azadlıqdan məhrum ediblər. Beynəlxalq insan haqları təşkilatları onun həbsini Qazaxıstanda ifadə azadlığı və siyasi plüralizmin boğulmasının nümunəsi adlandırırlar. 

Pakistanda 14 yaşlı fəal Malala Yousafzai. Uşaq hüquqları və qızların təhsili sahəsində yazıları ilə məşhur olan Malala oktyabrda Taliban yaraqlıları tərəfindən güllələndi. Hazırda Britaniyada xəstəxanada müalicə edilir. 

Azərbaycanlı jurnalist İdrak Abbasov. Apreldə Dövlət Neft Şirkəti əməkdaşları onu döyüb xəstəxanalıq edib. O, şirkətin ərazisində tikilən evlərin sökülməsi prosesini işıqlandırarkən zorakılığa məruz qalıb. Jurnalist fəaliyyətinə görə mart ayında “İndex of Censorship” təşkilatının mükafatına layiq görülüb.