Avropa Birliyinə Nobel Sülh Mükafatı təqdim olunur

Bu gün Avropa Birliyinə Nobel sülh mükafatı təqdim olunur. Oslodakı mərasimə Avropa Birliyi ölkələrinin 20 lideri qatılır.

Avropa Birliyinə Nobel sülh mükafatının verilməsi kəskin tənqidlər doğurub.
Tənqidçilər deyirlər ki, Avropa Birliyi 1990-cı illərdə Balkanlarda qırğınının qabağını ala bilmədi, indi isə total böhran içindədir.