Bakıda nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Arxiv foto: Bakı

-

Sabah Fəxri Xiyaban və Parlament prospekti istiqamətlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Dekabrın 12-də eks-prezident Heydər Əliyevin vəfatının 9-cu ildönümüdür.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov AzadlıqRadiosuna bildirib ki, dekabrın 12-də səhər saat 7-dən axşam saat 5-ə kimi yollar bağlı olacaq.

Xüsusilə, Fəxri Xiyaban və Parlament prospekti istiqamətlərində bütün küçələrdə nəqliyyatın
hərəkəti məhdudlaşdırılacaq.