Gəncədə 8 obyektin fəaliyyətinə qadağa qoyulub

Bu barədə Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, cari il ərzində ümumilikdə 8 obyektin fəaliyyətinə qadağa qoyulub, 28 nəfər cərimə edilib.

Cərimə edilən obyektlər sırasına çörək sexi, gips, aqlay sexi, həmçinin ət məhsullarının satışını aparan müəssisələr daxildir.