Əfqanıstanda qadınlara qarşı zorakılıq 2 dəfə artıb

Foto arxiv

Əfqanıstanda qadın hüquqları sahəsində hələ çox iş görülməlidir.
Bu barədə BMT-nnin Əfqanıstan nümayəndəliyinin yaydığı hesabatda bildirilir.

Əfqanıstanın insan haqları üzrə müstəqil komisiyasının məlumatına görə bu ilin mart-oktyabr ayları ərzində qadınların zorakılığa məruz qalması ilə bağlı 4 mindən çox ərizə daxil olub ki, bu əvvəlki 12 ayla müqaisədə təxminən 2 dəfə çoxdur.

Amma bu şikayyətlərin əksəriyyətinə baxılmır və şikayyət qadınlar adətən təhlükə ilə üzləşirlər.