Leon Panetta Hamid Karzai ilə görüşür

Bu gün Kabildə Birləşmiş Ştatların müdafiə naziri Leon Paneta ilə Əfqanıstan prezidenti Hamid Karzai arasında görüş gözlənilir.

Panetta dünən Əfqanıstandakı ABŞ komandanlığı ilə 2014-cü ildən sonra bu ölkədə qalacaq ABŞ əsgərlərinin sayını müzakirə edib.
ABŞ rəsmilərinin sözlərinə görə, Ağ ev Əfqanıstanda 6-10 min arası əsgər saxlamağı planlaşdırır.

Bu qüvvələr sabitliyin təmin olunması, Əl Qaidə və digər terrorçu qruplarla mübarizədə yerli qüvvələrə kömək edəcək.