Barack Obama Konnektikut ştatına gedib

ABŞ prezidenti Barack Obama

ABŞ prezidenti Barack Obama Nyu-taun şəhərindəki faciə qurbanlarının xatirəsini anmaq üçün Konnektikut ştatına gedib.

20 yaşlı Adam Lanza cümə günü şəhərdəki orta məktəblərdən birində atəş açaraq 20 şagird və 6 müəllimi öldürüb.
Ölən şagirdlər 5-10 yaş arasında olan uşaqlardır.
Sonda Adam Lanza özünü də öldürüb.

Dekabrın 18-dək ölkədə matəm günü elan edilib.

Dünya ölkələri prezident Barack Obama və ABŞ xalqına başsağlığı verib.