İsrailin xarici işlər naziri istefa verib

İsrailin xarici işlər naziri Avigdor Liberman onqa qarşı irəli sürülmüş itihamlara görə, istefa ərizəsi verib.

O vəzifəsindən sui istifadə və pulyuma əməliyyatında ittiham olunur.
Nazir 2 gün bundan əvəl ittihamlara qarşı mübarizə aparamq üçün istefa vermək fikrində olduğunu bildirmişdi.

O ittihamları rədd edir və təmiz adla yenidən siyasətə dönəcəyini deyir.

Liberman “İsrail bizim evimizdir” partiyasının lideridir.
O gələn il yanvarın 22-də keçiriləcək parlament seçkisində deputatlığa namizədliyini verib.
Onun partiyası seçkiyə baş nazir Benjamin Netanyahunun “Likud” partiyası ilə birlikdə gedir.

İstefadan sonra onun səlahiyyətlərini müvəqqəti kabinetin rəhbəri icra edəcək.