İsrailin xarici işlər naziri istefa verib

Avigdor Liberman

-

İsrailin xarici işlər naziri Avigdor Liberman ona qarşı irəli sürülmüş itihamlara görə, istefa ərizəsi verib.
O vəzifəsindən sui-istifadə və pulyuma əməliyyatında ittiham olunur.
Nazir 2 gün bundan əvəl ittihamlara qarşı mübarizə aparamq üçün istefa vermək fikrində olduğunu bildirmişdi.
O ittihamları rədd edir və təmiz adla yenidən siyasətə dönəcəyini deyir.
Liberman «İsrail bizim evimizdir» partiyasının lideridir.
O gələn il yanvarın 22-də keçiriləcək parlament seçkisində deputatlığa namizədliyini verib.
Onun partiyası seçkiyə baş nazir Benjamin Netanyahunun «Likud» partiyası ilə birlikdə gedir.
İstefadan sonra onun səlahiyyətlərini müvəqqəti kabinetin rəhbəri icra edəcək.