«Paralimpiya üçüncüsü Vasif Talıbova minnətdarlıq edir»

-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

15 sentyabr 2012-ci il. Sayı: 175(20.580)

BATABAT AVTOMOBİL YOLU YENİDƏN QURULUR
Muxtar respublikamızda yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində son illər xeyli iş görülüb. Kompleks quruculuq tədbirləri çərçivəsində bu il Naxçıvan – Şahbuz – Batabat avtomobil yolunun da yenidən qurulmasına başlanılıb. Hazırda obyektdə sürətli iş ahəngi hakimdir.
Naxçıvan – Şahbuz – Batabat avtomobil yolunun yenidən qurulması “Gəmiqaya” MMC-nin inşaatçılarına həvalə olunub. İş icraçısı Əjdər Ələsgərovdan aldığımız məlumata görə, tikinti işləri çərçivəsində yol yatağı genişləndirilir, hamarlama işləri aparılır, məfrəzlər və körpülərin girişləri hazırlanır. Cəhri və Sələsüz körpülərində, bir neçə su keçidində beton – qəlib işlərinə başlanılması üçün hazırlıq görülür.
Qeyd edək ki, Naxçıvan – Şahbuz – Batabat yolunun uzunluğu 59,2 kilometrdir. Yolun Naxçıvan – Şahbuz hissəsinin eninin 17, Şahbuz – Batabat hissəsinin eninin isə 9 metr olması nəzərdə tutulub.
LONDON PARALİMPİYA OYUNLARINDA BÜRÜNC MEDAL QAZANAN İDMANÇIMIZLA GÖRÜŞ KEÇİRİLİB
Vurğulanmışdır ki, Hüseyn Həsənov paralimpiya oyunlarından qabaq iştirak etdiyi bütün yarışlarda fəxri yerlərə layiq görülmüşdür. Muxtar respublikamızın idman tarixində ilk dəfə olaraq paralimpiya oyunlarında iştirak etməklə mükafata layiq yer tutması isə onun ən yüksək nailiyyətidir.
Sonra bürünc medalın sahibi olan paralimpiyaçımıza Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin fəxri fərmanı və Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının qiymətli hədiyyəsi təqdim olunmuşdur.
Hüseyn Həsənov idmana göstərilən qayğıya görə ölkə başçısına və Muxtar Respublika Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.
DİGƏR MƏQALƏ BAŞLIQLARI:
- Sığorta – pensiya sisteminin mahiyyəti və əhəmiyyəti
- 45 yaşlı Naxçıvan Dövlət Universiteti
- Razyana bitkisi haqda nə bilirik