http://www.youtube.com/embed/d4n7c-Kghks
-
Roma papası 16-cı Benedict Twitterə qoşulandan sonra Azərbaycandakı müsəlmanların sosial şəbəkələrdə aktivliyi gündəmə gəldi.
Sosial şəbəkələri şəriətə uyğun saymayan dindarlar da oldu.
Mövzumuz İslam və sosial şəbəkələr, qonağımız İlqar İbrahimoğludur.
AzadliqFM-in studiyasında Facebook əhlinin və AzadlıqRadiosu dinləyicilərinin suallarına cavab verən qonağın dediklərindən:
İlqar İbrahimoğlu:
Proqramın audiosu tezliklə sayta yerləşdiriləcək
İlqar İbrahimoğlu ilə söhbətə Facebook-da bax
Facebook şərhləri 17-12-2012
Facebookdan şərh yaz
Roma papası 16-cı Benedict Twitterə qoşulandan sonra Azərbaycandakı müsəlmanların sosial şəbəkələrdə aktivliyi gündəmə gəldi.
Sosial şəbəkələri şəriətə uyğun saymayan dindarlar da oldu.
Mövzumuz İslam və sosial şəbəkələr, qonağımız İlqar İbrahimoğludur.
AzadliqFM-in studiyasında Facebook əhlinin və AzadlıqRadiosu dinləyicilərinin suallarına cavab verən qonağın dediklərindən:
İlqar İbrahimoğlu:
- Azərbaycanda internet məkanında forumların aktivliyini yaşamışıq. Demək olar ki, forumlar kölgədə qalıb. Sosial şəbəkələr hal-hazırda daha populyardı.
- Ümumilikdə hər bir inkişaf, texnoloji yeniliklər özü- özülüyündə insan ağlının dəstəklədiyi bir şey olmalıdır. Dinimizə gəldikdə isə, İslam dini hər zaman mütərəqqi olub.
- İnternet XXI əsrin ən böyük nemətlərindən biridir.
- Mən Azərbaycanda internetin, sosial şəbəkənin qatı düşmənlərini görmürəm...
- Texniki nailiyyət özü- özlüyündə halal- haram ola bilməz. Ondan istifadə səhv - düz və yaxud halal- haram ola bilər.
- Reallıqda insanların haqqını yemək günahdır, bunu demirlər. Rüşvətin günah olduğunu demirlər. Amma kimlərsə sosial şəbəkənin haram olduğunu deyirlər. Bu düzgün yanaşma deyil...
- Heç bir terrorun dinə, inanca adiyyatı yoxdur. Terrorun dini yoxdur...
- Kimsə intiharların qabağını almaq üçün Facebook-da qrup açır. Kimsə bitkiləri qorumaq üçün qruplar yaradıb, təbliğat aparırlar. Bu çox normal haldı... Kimlərsə də namazı təbliğ etmək məqsədiylə qrup açır...
- Azərbaycanda, televiziya kanallarında senzuralar var. Bu kimi problemlərə görə, sosial şəbəkələr adi insanlar üçün əla imkanlar yaradır.
- Facebook insanlarla ünsiyyətdə olmağın ən operativ yoludur...
- Dünya texnoloji olaraq irəli gedir və gedəcək...
- İnsanlar real həyatda necədilərsə virtual həyatda da elə olmalıdılar. İkiləşməkdən qaçın... Reallıqda necəsinizsə virtuallıqda da elə olun.
- Müsəlmançılıq inkişafdır, tərəqqidir, həqiqətdir... Müsəlmançılıq olan toplumda boşanma, rüşvət, yalan olmaz... Əgər biz həyatımızda gerçək müsəlmançılığı yaşatsaq heç bir problem olmaz...
- Televiziyada normal, vətəndaş cəmiyyətinin inkişafına səbəb olacaq bir çox verlişlər senzura edilir. Təəssüflər olsun ki, biz bayağılaşmış televiziya kanallarıyla üzbəüzük.
Proqramın audiosu tezliklə sayta yerləşdiriləcək
İlqar İbrahimoğlu ilə söhbətə Facebook-da bax