Ağ Evin silah zorakılığını önləmək üçün «xüsusi» planı yoxdur

Nyutaunda qətl qurbanları anılır

-

Ağ Ev bildirir ki, silah qırğınlarını önləmək üçün hələlik «xüsusi» təklifləri yoxdur. Prezident Barack Obama bazar günü Konnektikutda vəd edib ki, kütləvi qətlləri azaltmaq üçün prezident səlahiyyətindən istifadə edəcək. Dekabrın 14-də Nyutaun şəhərində ibtidai məktəb gülləboran edilib, 20-si 6-7 yaşlı uşaq olmaqla, 26 nəfər öldürülüb.

Ağ Evin sözçüsü Jay Carney bazar ertəsi bildirib ki, silah zorakılığını önləmək «kompleks» problemdir, sadəcə silahlara dair qanunlar və qadağalar deyil, problemin «bitkin həll»ini istəyir.

Obama Demokratlar Partiyasının üzvləri və digərlərini silah-nəzarətinə dair qanunları sərtləşdirməyə çağırıb.

Nyutaunda qətl qurbanlarının dəfni başlayıb. Bazar ertəsi iki altı yaşlı oğlan torpağa tapşırılıb.