2012-ci ilin foto salnaməsi
Oktyabrın 9-da Tbilisidə Gürcüstan prezidenti Mikheil Saakashvili (solda) Prezident Sarayının qarşısında Gürcü Arzusu koalisiyasının lideri və gələcək baş nazir Bidzina Ivanishvilinin əlini sıxmaq üçün yaxınlaşır.(Reuters/David Mdzinarishvili)
Azərbaycan prezidenti Ilham Aliyev, Qazaxstan prezidenti Nursultan Nazarbayev, ABŞ prezidenti Barack Obama və Cənubi Koreya prezidenti Lee Myung-bak martın 27-də Seulda Nüvə Təhlükəsizliyi Sammitində birgə "ailəvi foto" çəkdirmək üçün öz yerlərini tuturlar. (AFP/Jewel Samad)
Fevralın 10-da Moskvada işıqforda Rusiyanın baş naziri Vladimir Putinin şəkli əks olunub. Martın 4-də keçiriləcək prezident seçkiləri öncəsi Putinin şəkilləri şəhərin müxtəlif yerlərindəki işıqforlara vurulib. (Reuters/Sergei Karpukhin)
Çılpaq etirazçı oktyabrın 9-da Almanıya kansleri Angela Merkelin Yunanıstana səfərinə etiraz olaraq keçirilən aksiyada Afinada parlamentin binasi qarşısında qaçır. Aksiyaçılar Almaniya kanslerini Yunanıstanı ağır iqtisadı tədbirlər görülməyə məcbur etməkdə günahlandırıblar. Reuters/John Kolesidis)
Yanvarın 13-də Tehranda İranın nüvə alimi Mostafa Ahmadi Roshanin dəfn mərasimi. Roshan öncəki gün Tehranda tıxacda gözləyərkən motosikldetə olan iki nəfər tərəfindən maqnit bombası ilə yetirilib. (AFP/Atta Kenare)
Yanvarın 13-də batan yarısualtı "Costa Concordia" kruiz gəmisi. (AFP/Filippo Monteforte)
Qazaxıstanın müxalifət liderləri yeni keçirilən parlament seçkilərində qalib gələn hakim Nur-Otan partiyasının seçki plakatını yandırır, Almata, 17 yanvar. (Reuters/Shamil Zhumatov)
Rusiyanın Putinin əleyhinə mahnıları ilə məşhur olan Pussy Riot feminist qrupunun üzvləri yanvarın 20-də Moskvada Qızıl Meydanda rus çarlarının öz sərəncamlarını elan etdikləri yerdə mahnı ifa ediblər. (Reuters/Denis Sinyakov)
Müsəlman Qardaşlarının tərəfdarları yanvarın 23-də Qahirədə Misir parlamentinə seçkidə qələbələrini bayram edirlər. Parlamentarilər 2011-ci ilin fevralında Hosni Mubarakin devrilməsi və islamçıların hakimiyyətə gəldiyi seçkilərdən sonra ilk sessiyalarını keçiriblər. (Reuters/Suhaib Salem)
Suriyalı oğlan Homs şəhərində küçədə orduya məxsus zirehli maşının dağıntıları qarşısında dayanıb, 23 yanvar. (Reuters/Ahmed Jadallah)
Həbs edilən qeyri-leqal özbək miqrantları yanvaın 24-də Kazan dəmiryolu stansiyasında məhbusların daşındığı vaqonlarda barmaqlıqlar arxasından dayanıblar. Polis növbəti cari yoxlaması nəticəsində 30 qanunsuz miqrantı saxlayıb. Bir müddət öncə Rusiyanın baş naziri Vladimir Putinin təbliğat saytında miqrasiya siyasətinin sərtləşdiriləcəyi haqda məqalə dərc edilmişdi. (AFP/Andrey Smirnov)
Norvecin şimalında Tromsoe şəhəri yaxınlığında yanvarın 25-də sübh çağı, şəfəqin səmada sayrışan işıqları - Avrora. Reuters/Rune Stoltz Bertinussen/Scanpix
Kosovanun paytaxtı Pristinanın qərbindəki Jezerk kəndində kəndli odun daşıyır, 31 yanvar, Kosovada temperatur mənfi 18 seli dərəcəyə enib. Reuters/Hazir Reka
İraqda şiə ruhanisi Muqtada al-Sadrin tərəfdarları fevralın 9-da Bağdadın şimalındakı Sadr şəhərindəki şiə qalasında milli bayraqlarını dalğalandıraraq ABŞ əsgərinin ölkəni tərk etməsini bayram edirlər. (AFP/Ali Al-Saadi)
Rusiyalı milyarder və prezidentliyə namizəd Mikhail Prokhorov (sağda) fevralın 14-də, Moskvada Maliyyə Universitetinin tələbələrinin səhnədə çıxışını izləyir. (Reuters/Denis Sinyakov)
Sovetlərin Əfqanıstan müharibəsinin veteranları fevralın 15-də Minskdə çələng qoyma mərasiminə qatılan Ukrayna prezidenti Viktor Yanukovychə arxa çeviriblər. Veteranlar Sovet ordusunun Əfqanıstanı tərk etməsinin 23-cü ildönümü mərasimi boyu Yanukovychə aşkar sağısızlıq nümaiş etdiriblər. (REUTERS/Gleb Garanich)
Cəliləbad əyalətində fevralın 22-də keçirilən nümayişdə əfqanlar ABŞ əleyhinə şüarlar qışqırıblar. NATO-nun Əfqanıstandakı əsas bazasında Quranın yandırılmasına etiraz olaraq ölkə boyu bir neçə şəhərlərdə keçirilən aksiyalarda azı 26 nəfər yaralanıb. (Reuters/Parwiz)
Müxalifət tərəfdarları "Ağ həlqə" adlandırdıqları etiraz aksiyasında əl-ələ verərək fevralın 26-da Moskvadakı Sadovoye Kolso küçəsini əhatəyə alıblar. Qarşıdakı seçkilərdə yenidən prezident olacağına ümid bəsləyən Vladimir Putin əleyhinə keçirilən mitinqlərə minlərlə rusiyalı qatılıb. (Reuters/Denis Sinyakov)
Rusiyanın baş naziri Vladimir Putin martın 4-də, prezident seçkisində qələbəsini Moskvada Manejnaya meydanında tərəfdarları qarşısında gözü yaşlı çıxışı ilə qeyd edir. (Reuters/Denis Sinyakov)
Yaşlı əfqan kişisi və uşaq cəsədi əks olunan foto martın 11-də Qəndəhar əyalətində çəkilib. AFP-nin reportyoru üç evdə, qadınlar və uşaqlar da daxil olmaqla 16 meyit sayıb, onlar ABŞ əsgərinin bazadan çıxaraq dinc sakinləri güllələməsi nəticəsində həlak olublar. NATO-nun Beynəlxal Təhlükəsizlik Qüvvələri ölü və yaralı sayı barədə məlumat verməsə də bilidib ki, "Qəndəhar əyalətində insidentlə əlaqədar" əsgər həbs edilib. (AFP/ Mamoon Durrani)
Martın 17-də Minskin mərkəzindəki metro stansiyasında şam və güllər arasında Uladzislau Kavalyovun şəkli görünür. Avropanın insan haqları müdafiə qruplarının etirazlarına və məsələyə yenidən baxılmasına çağırış etmələrinə rəğmən 2011-ci ildə metrodakı faciəvi partlayışda təqsirli bilinərək edam olunan iki nəfərdən biri. (Reuters/Aleksander Vasukovich)
Demokratik lider Aung San Suu Kyi aprelin 1-də seçki öncəsi vəziyyəti öyrınmək üçün Birmanın Kavmhu mahalında öz seçki dairəsinə aid məntəqəyə baş çəkərkən. Seçicilər onun rəhbərlik etdiyi Demokratiya uğrunda Milli Liqa partiyasının timsalında demokratiyanı salamlamaq üçün toplaşıblar. (epa/Nyein Chan Naing)
Aprelin 6-da uşaqlar Sarayevonun mühasirəsi zamanı həlak olanları simvolizə edən oturacaqlara güllər və şarlar düzürlər. Bu 11,541 ədəd bökük və kiçik stullar 20-ci ili tamam olan Bosniya müharibəsində ölən vətəndaşları simvolizə edir. (Reuters/Dado Ruvic)
Keçən ilin iyulunda Norvecdə 77 nəfəri qətlə yetirən Anders Behring Breivik, aprelin 16-da Osloda məhkəmə zalına girərkən sağçı salamı verir. (AFP/Heiko Junge)
Aprelin 17-də Vaşınqtonda ABŞ kosmik gəmisi "Discovery" muzeydə nümayiş olunmaq üşün daşınır. (AFP/Mladen Antonov)
Ukraynanın həbsdə olan keçmiş baş naziri Yulia Tymoshenko qolundakı qançırı göstərərək deyir ki, müalicə üçün dövlət xəstəxanasına gətirilməzdən öncə döülüb. (AFP/Ukrayinska Pravda)
Mayın 6-da prezident seçkisində qalib gələn Francois Hollande tərəfdarlarını salamlaır. Hollande son 20 ildə Fransada prezident seçkisini udan ilk sosialist liderdir. (AFP/Jeff Pachoud)
Əfqanıstandakı NATO qüvvələri üçün yanacaq nəqlində istifadə olunan avtosisetnlər Pakistanın liman şəhəri Karaçidəki neft terminallarının yaxınlığında park edilib, 15 may. İslamabad ABŞ-ın noyabrın 24-də hava hücumları zamanı 24 Pakistan səgərinin ölümündən sonra NATO təchizatı üçün Əfqanıstanla sərhəd keçidlərini bağlayıb. (AFP /Asif Hassan)
Gənc türkmənlər mayın 18-də, paytaxt Aşqabadda Alem adlanan 47.6-metrlik "Şeytan çarxı"nın açılışını qeyd edirlər. Bu karusel dünyada qapalı məkanda yerləşən ən iri çarx rekordunu qazanıb. (AFP)
Əfqan uşağı 31 mart Beynəlxalq Uşaq Günün ərəfəsində Kabildə tankın lüləsinə dırmanıb. (RFE/Sabawoon)
Kosovalı serb ölkənin şimalındakı Zvecan şəhəri yaxınlığında körpüdə keşik çəkən Almaniya ordusunun hərbi texnikasını salamlayır, 1 iyun. NATO bölmələrinin Kosovanın şimalında serblərin barrikadalarını sökməyə başlaması ilə toqquşmalar başlamış, 1 NATO əsgəri və 3 Kosova serbi yaralanmışdı. (AFP)
Misirin devrilmiş prezidenti Hosni Mubarakin iyunun 2-də Qahirədə məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhküm edilməsinə onun tərəfdarlarınını reaksiyası. Mubarak 2011-ci ildə onun hakimiyyətdən salınması ilə nəticələnən etiraz aksiyaları iştirakçılarının öldürülməsini əmr etməkdə günahlandırlır. (Reuters/Mohammed Salem)
Britainiya şahzadəsi Charles iyunun 4-də Lindonda, Bekingem sarayının qarşısında keçirilən "Brilliant yubiley" adlı konsertdə öz anası kralıça Elizabethin əlini öpür. Paul McCartney, Stevie Wonder və Elton John da daxil olmaqla pop ulduzları kraliçanın taxtda 60 illinın tamam olması münasibəti ilə keçirilən bayramda çıxış ediblər. (Reuters/David Moir)
İyunun 5-də Kiyevdə parlamentin binası qarşısında Ukraynanın müxalifət fəalları ilə polis arasında toqquşma baş verib. Aksiyaçılar ölkənin Moskva ilə yaxın münasibətləri olan şərq regionlarında rus dlinə ikinci dövlət dili statusunun verilməsini nəzərdə tutan qanuna etiraz edirlər. (AFP/Sergei Supinsky)
İyunun 8-də Varşavada "Euro 2012"-nin açılış mərasimində çempionatın nəhəng loqotipi altında rəqs. (AFP/Christof Stache)
İyunun 18-də Qahirənin Təhrir meydanındakı şənlikdə Müsəlman Qardaşlarının namizədi Məhəmməd Morsin tərəfdarları olan qadınlar üzərində Morisin şəkli olan təbliğat vərəqlərinin tutublar. İslamçı namizəd 2011-ci ilin "Ərəb Baharı" üsyanlarından sonra ilk azad prezident seçkilərdə öz qələbəsini elan edib. (AFP/Patrick Baz)
3 qız Makedoniyada Ohrid gölünə tullanır, 12 iyul. Makedoniyada havaların 40 C dərəcədən isti olması sakinləri sərinlənmək üçün çaylarda və göllərə üz tutmağa məcbur edir. (AFP/Robert Atanasovski)
İyulun 22-də Kolarado ştatında insanlar Avrora Şəhər Mərkəzinin qarşısında əl-ələ verərək iki gün öncə kinoteatrda baş verən kütləvi qırğında həlak olan qurbanları anırlar. Bir nəfərin silahlı hücumu nəticəsində 12 nəfər həlak olmuş və xeyli insan yaralanmışdı. (AFP/Joshua Lott)
Avqustun 22-də Serbiyanın Dubrova kəndi yaxınlığından meşə yanğınının yüksəklikdən görünüşü. Balkanlarda misli görünməmiş quraqlıq və artan temperatur regionda kənd təsərrüfatına ciddi ziyan vuran bir neçə meşə yanğınına səbəb olub. (AFP/Nebojsha Markovic)
Azad Suriya Ordusunun döyüşçüləri 30 avqustda Hələbdə Suriya hökumət qüvvələrinın hava atəşlərindən qorunmaq üçün qapalı yerə doğru qaçırlar. (Reuters/Youssef Boudlal)
İdmançıların paraolimpiya məşəli arxasından görünüşü, onlar avqustun 31-də Paraolimpiya Oyunlarında Stadionunda qadınların 5000 metrlik məsafəyə yarışında mübarizə aparırlar. (Reuters/Toby Melville)
Sentyabrın 12-də, Liviyada, Amerikanın Benqazi Konsulluğuna yaraqlıların silahlı hücümündan və binanın yandırmasından bir gün sonra, konsulluqdakı ABŞ bayrağı. Liviyadakı ABŞ səfiri Christopher Stevens və 3 səfirlik əməkdaşı öldürülüblər. (Reuters/Esam Al-Fetori)
Sentyabrın 15-də Kaliforniyada polis Nakoula Basseley Nakoula-nı (mərkəzdə) həbs edir. Nakoula müsəlman ölkələrində zorakı etirazlara səbəb olmuş və Məhəmməd peyğəmbərin təhqir olunması kimi qiymətləndirilən "Müsəlmanların məsumluğu" filminə himayədarlıqda ittiham edilir. (Reuters/Bret Hartman)
Pakistanda kütləvi etiraz aksiyası zamanı hüquqşünaslar polis əhatəsində ABŞ-ın İslamabaddakı səfirliyinə daxil olmağında çalışırlar, 19 sentyabr. ABŞ-da çəkilən və Məhəmməd peyğəmbərə təhqir kimi qiymətləndirilən "Müsəlmanların məsumluğu" filmi əksər müsəlman ölkələrində, o cümlədən Pakistanda zorakı etiraz aksiyalarına səbəb olub. (AFP/ Aamir Qureshi)
Avstriyalı idmançı Felix Baumgartner təxminən 39 kilometr yüksəklikdə kapsuldan çıxaraq Yerə tullanır. Baumgartner paraşütlə New Mexicodakı səhraya düşməzdən öncə səs sürəti həddini aşaraq saatda 1,135 kilometr sürətə nail olub. (AFP/www.redbullcontentpool.com/Jay Nemeth)
ABŞ prezidenti Barack Obama noyabrın 6-da Çikaqoda seçkilərdə qələbəsi münasibəti ilə keçirilən axşam toplantısında qızları Malia (sağda) və Sashanı qucaqlayır, birinci xanım Michelle Obama isə onlara baxır. (Reuters/Larry Downing)
Noyabrın 8-də, pakistanlı məktəbli Malala Yousufzai İngiltərədə hospitalda ona göndərilən açıqcaları oxuyur. Malala qızların təhsil haqqını təbliğ etdiyinə görə taliblər tərəfindən başından ölümcül güllə yarası alıb. Oktyabrın 9-da edilən hücumdan sonra müalicə olunması üçün Pakistandan Böyük Britaniyaya gətirilib. (Reuters/Queen Elizabeth Hospital Birmingham Handout)
Qadın noyabrın 11-də İtalyanın Venesiya şəhərində su basmış küçədə skamya üzərində dayanıb. Monitorinq institutunun rəyinə əsasən şəhərdəki kanalda suyun həddi normanan 149 santimert yüksəlib. (Reuters/Manuel Silvestri)
Noyabrın 17-də İsrail ordusunun Həmasın qəzzadakı mövqelərinə zərbələri. (epa/Mohammed Saber)
Bu kül buludu dekabrın 3-də Kamçatkadakı Ploskiy Tolbaçik vulkanından qalxır. (Itar-Tass/Institute of Volcanology and Seismology of the Far Eastern Branch of the Russian Academy of Sciences)
Nobel laureatları və qonaqlar dekabrın 10-da Stokholmda Şəhər Zalında Nobel Banketində iştirak edirlər. Bu il Nobel Sülh Mükafatı Avropa Birliyinə verilib. (Reuters / Jessica Gow / Scanpix)