İlqar Məmmədov: «Facebook mənim üçün virtual evdir»

-



http://www.youtube.com/embed/HB9F3Rl4oLc?rel=0

Facebook şərhləri 18-12-2012

-
Facebookdan şərh yaz
REAL-ın sədri İlqar Məmmədov dekabrın 19-u saat Azadlıq Facebook Məkanında qonaq olub.

İlqar Məmmədov 2013-cü ilin gözləntiləri, qarşıdan gələn prezident seçkisi, keçmiş rektor Elşad Abdullayevin yaydığı son videolar, müxalif düşərgənin praymeriz axtarışları, REAL-ın seçkilərə hazırlığı barədə danışıb.

İlqar Məmmədovun canlı efirdə dediyi bəzi fikirlər:

- Facebook-da yaşayan adamlar var, mən onlardan deyiləm...
- Facebook-da yazılanları gündəlik oxuyuram və hər mövzuda yazıram: ictimai, siyasi, musiqi və s.
- Sosial şəbəkə insanın sosiallaşmasını üzə çıxarır. Bəlkə də fəallaşdırır...
- Facebook mənim üçün virtual evdir.
- Mənim fəaliyyətimi tənqid edən xeyli adam tanıyıram. Amma Facebook-da onlarla dostluq edirəm. Amma siyasi niyyətlərinin pis olduğunu anlayanda münasibət fərqli olur.

Facebook-dakı qeybətlər, Azərbaycanda keçirilən seçkilər haqda danışan İlqar Məmmədov Elşad Abdullayevin yaydığı videolara da münasibət bildirib.

Verilişi ətraflı dinləmək üçün: