Qocalan xristianlar, gənc müsəlmanlar və artan “dinsiz”lər

Pakistan -- Students read the Koran at the Jamia Binoria Al-Alamia Seminary Islamic Study School in Karachi, 10Dec2012

DİNDARLARIN SAYI

Yer üzündə yaşayan hər 8 adamdan biri hansısa dinə bağlıdır. Dindar olmasa da, dinə inanır demək olar. Peü Araşdırma Mərkəzinin Din və İctimai Həyat Forumunun hazırladığı geniş hesabat bunu deyir. Hesabatın hazırlanması üçün 230-a yaxın ölkə və ərazilərdə keçirilmiş 2500-ə yaxın siyahıya alma, sorğular və məlumat bazalarından istifadə edilib.


1. XRİSTİANLAR, 2.MÜSƏLMANLAR, 3. DİNSİZLƏR

Və nəticədə məlum olub ki, Dünya əhalisinin 31.5 faizi, haradasa hər 3 nəfərdən biri xristiandır. Sayları isə 2.2 milyard nəfərdir.

İkinci yerdə müsəlmanlar gəlir. 1.6 milyard nəfərlə, dünya əhalisinin 23.2 faizini təşkil edirlər. Yəni təxminən hər 4 adamdan biri müsəlmandır.

3-cü yerdə isə.... Nə yəhudilər, nə buddistlər, nə induistlər, nə də şamanistlər gəlir. 3-cü yerdə, dinsizlər gəlir. Dünya əhalisinin 16 faizdən çoxu “dinsiz”lərdir: ateistlər, agnostiklər və ümumiyyətlə hansısa dini inanca sahib olmadığını deyənlər. 1.1 milyard nəfərdən çoxu özlərini heç bir dinə aid etmirlər. Düzdür, aralarında bəziləri Yaradana, və ya hansısa fövqəlqüvvənin varlığına inanır, Məsələn Çİndə özünü dinsiz sayanların 7, Fransada 30, ABŞ-da isə 68 faizi belələrindəndir.

Dünyada 1 milyard İnduist, 500 milyon buddist, 14 milyon yəhudi və 400 milyon da yerli-lokal dinlərin – məsələn şamanizm və s. kimi dinlərə inananlar və 58 milyon da Zərdüştlük və Şintoizm kimi dinlərin davamçıları var.


XRİSTİANLAR DÜNYAYA YAYILIB, MÜSƏLMANLAR ASİYA VƏ AFRİKAYA

Dinlərin yayılma yayılma areallarına gəlincə, bütün dünya üzrə ən geniş yayılanı Xristianlıqdır. Avropa, Latın Amerikası və Karib regionu, Şimali Amerika üzrə xristianlar təxminən 25 faiz olmaqla yayııblar.

Müsəlmanlar əsasən Yaxın Şərq regionu, Asiya və Şimali Afrikada, İnduistlər Hindistanda, Buddistlər Çində, Yəhudilər isə 41 faizi İsraildə, 44 faizi ABŞ-da, qalanı isə Avropada yaşayır.

KİM DAHA CAVANDIR?

Ən maraqlısı isə dhansısa dinlərə mənsub olanların ortalama yaşlarıdır. Məsıən Dünyada ən gənci müsəlmanlardır – orta yaşları 23-dür.

Hindusların orta yaşı 26, Xristianların 30, Dinsizlər və Buddistlərin 34-dür. ən yaşlıları isə Yəhudilərdir – orta yaşları 36-dır.