BMT Talibana qarşı sanksiyaların müddətini uzadıb

Foto arxiv

BMT talibançılara qarşı sanksiyaların müddətini uzadıb, amma Əfqanıstanla bağlı sülh danışıqlarında iştirak edənlərin xarici ölkələrə səfərinə icazı verməyə hazır olduğunu bəyan edib.

Təşkilat Əfqanıstan hökumətindən bu sanksiyalara düşən, eyni zamanda Kabilin danışıqlar masasında görmək istədiyi talibançıların siyahısını istəyib.

Məlumatlara görə, Əfqanıstan rəsmiləri bu həftə Paris ətrafında Talibanın nümayəndələri ilə sülh prosesinin perespektivlərini müzakirə etmək fikrindədirlər.