Azərbaycan-Portuqaliya oyunu martın 26-da olacaq

Bakı-Tofiq Bəharamov adına stadion

Futbol üzrə Azərbaycan yığmasının dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunun vaxtı və yeri müəyyənləşib.

AFFA-nın mətbuat xidmətinin verdiy məlumata görə, Azərbaycan millisi Portuqaliya yığması ilə 2013-cü il martın 26-da, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq.
Oyun saat 21:00-da başlayacaq.

Futbol üzrə növbəti dünya çempionatı 2014-cü ildə Braziliyada keçiriləcək.