Nigar Yaqubluya 2 il 6ay həbs cəzası kəsilib

Nİgar Yaqublu

Abşeron Rayon Məhkəməsi Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublunu 2 il yarım azadlıqdən məhrum edib.

Hökmə əsasən, Nigar Yaqublu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
Prokuror Nigar Yaqubluya 4 il həbs cəzası istəmişdi.

Nigar Yaqublu bu il sentyabrın 11-də saxlanılıb, barəsində həbs-qətimkan tədbiri seçilib.
Həbs Müsavat Partiyasının üzvü Aydın Acalovun ölümü ilə nəticələnən avtomobil qəzası ilə bağlı olub.

İstintaqın gəldiyi nəticəyə görə qəza vaxtı avtomobili Nigar Yaqublu idarə edirmiş.