İsrail Şərqi Qüdsdə yəhudi qəsəbələrinin tikintisini davam etdirir

Foto arxiv

Qüds (Yerusəlim) şəhər planlaşdırma komitəsi şəhərin şərqində 2612 yaşayış evi tikilməsini təsdiqləyib.

“İnterfax” ın məlumatına görə, bu barədə bu gün bələdiyyə şurasının üzvlərindən biri Pele Alau məlumat verib.

Fələstin tərəfi isə artıq buna və onlara qarşı nəzərdə tutulmuş digər hərəkətlərə cavab olaraq beynəlxalq cinayət məhkəməsinə üz tutacağını xəbərdarlıq edib.

Fələstin hakimiyyəti bildirir ki, yeni evlərin tikilməsi, Şərqi Qüds ətrafındakı yəhudi qəsəbələrindən ibarət dairəni bağlayacaq.