Bakının iki kəndinə qazın verilməsi məhdudlaşdırılır

Dekabrın 20-si saat 10:00-dan 17:00-dək Bakının Nardaran və Maştağa kəndlərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.

«Azəriqaz» İstehsalat Birliyindən bildiriblər ki, bu, təmir işləri ilə əlaqədardır.

Məhdudiyyətlər «Nardaran» Qazpaylayıcı Stansiyasından qidalanan «Nardaran-Maştağa» orta təzyiqli qaz kəmərində təbii qaz təchizatının dayandırılması səbəbindən müşahidə olunacaq.