Putin rusiyalı uşaqların xaricdən övladlığa götürülməsinə qadağanı dəstəqkləyib

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin rusiyalı uşaqların amerikalılar tərəfindən övladlığa götürülməsinə qadağanı təsdiqləyib.
Dövlət Duması dünən ABŞ-ın “Magnitski aktı”na cavab olaraq qanun layihəsinə belə bir düzəliş qəbul edib.

Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında bu aktın rusiyaya qarşı yönəldiyini bildirib.

Rusiyalı uşaqların xaricdən övladlığa götürülməsinə gəldikdə isə Putin deyib ki,
Rusiya vətəndaşlarının böyük əksəriyyəti rusiyalı uşaqların xaricilər tərəfindən övladlığa götürülməsinə mənfi yanaşırlar və bu işlə özümüz məşğul olmalıyıq.