Son 10 ildə Azərbaycandan Avropa Məhkəməsinə 5 minədək müraciət daxil olub

Çingiz Əsgərov

-
«Hər il Azərbaycanla bağlı Avropa Məhkəməsinə daxil olan müraciətlərin sayı sabit qalır. İl ərzində 500-dək şikayət Avropa Məhkəməsinə daxil olur».

APA-nın məlumatına görə, bu barədə Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov bildirib.

Onun dediyinə görə, son 10 ildə Avropa Məhkəməsinə Azərbaycanla bağlı 5000-ə yaxın müraciətlər daxil olub:

«Bu şikayətlərin 97 faizi Avropa Konvensiyasının tələblərinə cavab vermədiyindən Avropa Məhkəməsi tərəfindən rədd edilib. İcraata götürülmüş 3 faiz müraciətlərin bir qismi Azərbaycan hökumətinə kommunikasiya edilib. Artıq 130-a yaxın şikayət üzrə müvafiq qərarlar qəbul edilib. Azərbaycanla bağlı çıxarılmış qərarların 50 faizi insan hüquq və azadlıqlarının pozulması ilə bağlı olub».