Lavrov: "Suriyadakı kimyəvi silahlar etibarlı əllərdədir"

Sergei Lavrov

“Suriyadakı kimyəvi silahlar təhlükəsiz yerdə və daima Suriya rejiminin nəzarətindədir”.
Bunu Rusiyanın xarici işlər naziri Sergei Lavrov Brüsseldən Moskvaya dönərkən təyyarədə jurnalistlərə deyib.

O həmçinin qeyd edib ki, əgər Moskva və ya Pekin təzyiq eləsə belə prezident Bashar Assad istefa verən deyil və bu münaqişədə qalib olmayacaq.
O qeyd edib ki, Suriya müxalifətinin qərb müttəfiqləri getdikcə ona nəzarəti itirirlər.

Lavrov bildirib ki, BMT və Ərəb lİqası dövlətlərinin Suriya üzrə xüsusi elçisi Lakhdar Brahimi yeni ilədək Moskvaya gələ bilər.