Əfv siyahısı prezidentə təqdim edilib

Azərbaycan prezidenti İlham Əliyev

-
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb. Müvafiq siyahı hazırlanaraq Azərbaycan prezidentinə təqdim olunub.

Bu barədə APA-ya komissiyanın üzvü, deputat Elmira Axundova məlumat verib.

Gələn həftə əfv fərmanının imzalanacağı gözlənilir.