Beynəlxalq elçi Lakhdar Brahimi Dəməşqdədir

Lakhdar Brahimi

BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə süsusi elçisi Lakhdar Brahimi Dəməşqə gedib.

Livan hökumətinin məlumatına görə o təyyarə ilə Beyruta, ordan isə maşınla Dəməşqə yollanıb.

Məlumatda bildirilir ki, Dəməşq hava limanı ətrafında döyüşlər getdiyinə görə Brahimi ora maşınla getmək qərarına gəlib.

O bu gün Suriyanın xarici işlər naziri Valid Muallem, sabah isə prezident Bashar Assadla görüşməlidir.