Suriya üzrə beynəlxalq elçi Dəməşqdə müxalifət qrupları ilə görüşüb

Suriya üzrə beynəlxalq elçi Lakhdar Brahimi bu gün Dəməşqdə hakimiyyətin qadağan etmədiyi 3 müxalifət qrupunun nümayəndələri ilə görüşüb.

Frans-Press-in məlumatına görə, nümayındə heyətinə demokratik dəyişiklik uğrunda milli koordinasiya komitəsinin lideri Hassan Abdel Azim rəhbərlik edib.
Bu komitəyə müxalifətdə olan bir neçə ərəb qrupu, kürd təşkilatları, habelə marksist və sosialist fraksiyalar daxildir.
Moskva ilə yaxın əlaqəsi olan komitə ölkəyə xaricdən istənilən müdaxiləyə qarşı çıxır.

Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, müxalifət qüvvələri çərşənbə axşamı Türkiyə sərhədi yaxınlığındakı Harem şəhərini ələ keçiriblər.
Həmçinin hazırda Dəməş hava limanı və şəhərin digər rayonlarında döyüşlər gedir.