Almaniyadakı azərbaycanlı əsgərlər gizli şəkildə necə təşkilatlanırdılar?

-

“Qanun” nəşriyyatı yazar Azər Həsrətin ilk iri həcmli qələm təcrübəsi olan “Bir əsgərin yaşantıları” adlı memuar-romanını çap edib.

Kitab bədii üslubda qələmə alınsa da, təsvir edilən olay və obrazların demək olar ki hamısı real həyatdan götürülüb.

Yazarın mətbuata söylədiyinə görə, kitabın əsas mövzusu onun şəxsən 1986-88-ci illərdə Almaniyadakı sovet qoşunları tərkibində hərbi xidmət keçdiyi zaman şahidi olduğu olaylar, sovet quruluşunun son illərində baş verən hadisələrin, o cümlədən Qarabağ probleminin hərbi hissədəki proseslərə təsiri, azərbaycanlı əsgərlərin gizli təşkilatlanmasıdır.

azerhasret.com