İran raket sınağı keçirib

Foto arxiv

İran hava hücumundan müdafiə sisteminin uğurlu sınağını keçirib.

Sınaq, Hörmüz boğazındakı hərbi təlim çərçivəsində keçirilib.

İranın rəsmi mənbələrinin məlumatına görə, “Raad” adlı bu sistem 50 kilometrlik məsafəni əhatə edə bilir.
Bu raketlərlə 22 kilometrlik hündürlükdə hədəfi vurmaq olar.

5 günlük təlim məşqləri sabah başa çatacaq.