Rusiyada "Antimagnitsky" qanunu qüvvəyə minib

Yanvarın 1-dən Rusiyada ABŞ-ın“ Magnitsky aktı” na qarşı qəbul edilmiş qanun qüvvəyə minib.

Bu qanun rusiyalı uşaqların amerikalılara övladlığa verilməsini qadağan edir.

ABŞ-ın bundan əvvəl Rusiyaya qarşı qəbul etdiyi “ Magnitsky aktı”nda Hermitage Capital fondunun hüquqşünası Sergei Magnitskynin ölümündə şübhəli bilinən Rusiya məmurlarına qarşı sankisyalar nəzərdə tutulur.

Sergei Magnitsky 2009-cu ildə Moskva istintaq təcridxanasında ölüb.
Fond hesab edir ki, o böyük məbləğdə büdcə vəsitinin mənimsənilməsini açdığına görə təqib olunurdu.