Təbrizdə daha bir azərbaycanlı fəal həbs edilib

Təbrizdə daha bir tanınmış azərbaycanlı fəal həbs edilib.

APA-nın məlumatına görə, Mahmud Fəzli 2011-ci il, avqustun 24-də Təbrizin Qumtəpə məhəlləsində Urmiya gölü problemini müzakirə edərkən saxlanıb.

Həmin vaxt onunla birlikdə daha 28 azərbaycanlı fəal saxlanıb.
Təbriz İnqilab Məhkəməsi onu 1 il azadlıqdan məhrum edib.