David Cameron:"Folklend adalarının statusunu yerli əhalinin özü təyin etməlidir"

\David Cameron

Folklend adalarının gələcək statusunu orda yaşayan əhalinin özü təyin etməlidir.

Bunu Böyük Britaniyanın baş naziri David Cameron Argentina prezidenti Cristina Fernandez de Kirchnerin adanın suverenliyi ilə bağlı danışıqlar təklifinə cavab olaraq bəyan edib.

Cameron qeyd edib ki, onlar hər dəfə Birləşmiş Krallığın tərikibində qalmaq istədiklərini bildiriblər və bu il bu məsələ ilə bağlı referendum keçiriləcək, ümid edirəm ki, Argentina prezidenti bu referendumda ada sakinlərinin istəyini qəbul edəcək.

Və əgər onlar Birləşmiş Krallığın tərkibində qalmaq istəsələr, mən bunu 100 faiz dəstəkləyəcəm-deyə o vurğulayıb.