AXCP sədrinin müavini Razi Nurullayev yol qəzasına düşüb

Razi Nurullayev

AXCP sədrinin müavini Razi Nurullayev həyat yoldaşı ilə birgə avtomobil qəzasına düşüb. Hadisə yanvarın 5-i saat 10:30 radələrində baş verib. Bu barədə AzadlıqRadiosuna Razi Nurullayevin xəstəxanada olan yaxınları məlumat verib.

Hadisə Xətai rayonu ərazisində, Cavanşir körpüsü yaxınlığında baş verib.

Razi Nurullayevin idarə etdiyi avtomobil yük maşını ilə toqquşub. Qəzada müxtəlif xəsarətlər alan Razi Nurullayevlə həyat yoldaşı 1 saylı şəhər xəstəxanasının təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə yerləşdiriliblər.