Belarus rejimi kütləvi sms-in müəllifini axtarır

Foto arxiv

Belarusun Milli Təhlükəsizlik Nazirliyi ölkədə devalvasiya olacağı ilə bağlı kütləvi sms-ri araşdırır.

İnterfaksın məlumatına görə, təxminən min adama göndərilmiş sms-də yanvarın 8-dən ölkədə ABŞ dolları və avronun kursunun kəskin dəyişəcəyi bildirilir.

Müəllif kimi isə Belarus Milli Bankının telıefon nömrəsi göstərilib.
İlkin məlumatlara görə sms Hindistanda olan serverdən göndərilib.