-
Teleqraf.com yola saldığımız ilin ədəbi yekununu tənqidçilərdən sordu. Onların cavablarını oxuculara təqdim edirik:
Ədəbiyyatşünas və tərcüməçi Cavanşir Yusifli son bir ildə ədəbi aləmdə baş verənlərin qarşıdan gələn illər üçün bir istinad olduğunu qeyd etdi: “Mən belə demək istərdim, məhz istinaddır. İnsanların, qələm əhlinin fəallığı artdı, ədəbi sükut nəinki pozuldu, aradan qalxdı hətta... Ancaq onun yerinə gələn nə idisə, sükutdan daha betər oldu. Ümid heç zaman qırılmır. Bu, bizim ədəbiyyatdır, bizim yazmaq eşqimiz, dünyanı anlamaq və anlatmaq yolumuzdur.
Dediyim kimi, son bir ildə xeyli əsər yazıldı, çap edildi, müzakirə obyekti oldu, fikirlər haçalandı, proses elə bir istiqamətə yol aldı ki, çox şey bizdən çox, yolun stixiyasından asılı oldu. İndi ağlı başında olan adam nəyin necə olduğunu bilmək üçün başını sındırmaz.
2012-ci ildə Mübariz Cəfərlinin “Bənna” və “Bağban” romanları yazıldı. Məsiağa Məhəmmədinin “Tərcümə çələngi” kitabı çap edildi. Dünya ədəbiyyatının bir sıra şah əsəri dilimizə çevrildi. Bu əsərlərin bəzisi elektron mətbuatda dərindən təhlil və tənqid edildi. Ədəbi tənqid sahəsində ciddilik öz yerini almaqdadır. Mənim üçün Seyfəddin Hüseynli imzası bütün ciddiliyi və dərinliyi ilə yadda qaldı. Onun klassik ədəbiyyatın üfüqlərinə qədər gedib çatan bilgisi, işığı və talantı müəyyən dərəcədə açıldı. Bax, belə şeylərə necə qazanc deməyəsən?
Tənqid müəyyən mənada özünə gəlsə də, ədəbiyyatşünaslıqla bağlı bütün ümidlərim puç oldu. Mən bu prosesi yaxından izləyirəm və bu sahədə mənasız əsərlərin sayının getdikcə çoxalması filoloji cəhalətdən xəbər verir. 2012-ci ildə onları bir boğçaya yığıb zibil qutusuna atmaq lazım gəlirdi, ancaq hər şey gözlənildiyinin əksinə oldu.
2012-ci ildə “Oxu zalı” portalında çağdaş nəsrin bir sıra nümunələri müzakirəyə çıxarıldı. Etimad Başkeçidin gözəl bir romanı nəşr edildi.
2012-ci ildə Qismətlə yanaşı, Alik Əlioğlunun parlaq talantının şahidi oldum. Səlim Babullaoğlunun ədəbiyyat haqqında orijinal yazıları nəşr edildi. Bu yazılar fikrimcə, bundan sonra da ən qəribə, çox orijinal münasibətin bəlirtisi kimi yadda qalacaq.
Bu il məktəbsizliyin, mərifətsizliyin heç bir ədəbiyyat yarada bilməyəcəyi faktı bir daha acı təcrübədə özünü doğrultdu. Ədəbi məktəb yaratmağın yeganə yolu məktəb görməkdir. Məktəb qurşaq tutmaq, kiməsə dava açmaq deyil, danışmağı unudanacan susmaq deməkdir.
2012-ci ildə Yusif Rzayevin bir neçə sərrast və mükəmməl yazısı yadımda qaldı. Bir də onun Füzuli və klassik poeziya prospektində görünməyi mənə ləzzət elədi.
Alber Kamünün “Çöküş” romanını orijinaldan çevirdim. Kitablarımı, filoloji tərcümələrimi çıxarmaq istədim, pulum olmadı”.
Tənqidçi Tehran Əlişanoğlu 2012-ci ilin ədəbi mühitinin “Modern qələbələr ili” olduğunu vurğuladı: “Mənə görə, 2012-ci il çox maraqlı bir məqamla - Kamal Abdullanın Etimad Başkeçid və Salam Sarvanla söhbətlərindən ibarət “Məqamlar” kitabından başladı. O mənada ki, bu, ənənəvi - 1960-1980-ci illər ədəbiyyatından, ən nəhayət, milli modernizm ədəbiyyatına tamlıqda keçidin qələbəsini uğurlayan ədəbi-tənqidi və nəzəri söhbətlərdi. Az sonra xalq yazıçısı Elçinin yazıçı Yaşara müsahibələrindən ibarət “Elçinlə ədəbiyyat söhbəti” kitabı da həmin məqamı bir daha təsdiqlədi.
Və mən özlüyümdə 2012-ci ili ədəbiyyatımızın müasirliyə, modern və postmodern epoxanın içinə doğru daha intensiv girməsinin ili kimi yadda saxladım.
İl boyu “Azadlıq” radiosunun “Oxu zalı”nın keçirdiyi “roman müzakirəsi”nə çıxarılan əsərlər: A.Abbasın “Dolu”, M.Süleymanlının “Erməni adındakı hərflər”, Əlabbasın “Qaraqovaq çölləri”, Şərif Ağayarın “Haramı”, Qan Turalının “Mustafa”, Sayman Aruzun “Yüz il inqilab” romanları da bu məqamın dərinləşməsini təsdiqlədi. Əkrəm Əylislinin intensiv müsahibələrindən çox, hələ oxuculara təqdim etmədiyi romanının qulağıma çatan əks-sədasına sevindim. Elçinin “Kaşeyin ölümü” povesti mənə təzə və maraqlı göründü. Kamal Abdulla bu il işıq üzü görmüş son dərəcə özünəməxsus “Labirint” kitabında hekayəçi kimi də özünü təsdiqlədi. Realist nəsrin təzə qatları yaxşı mənada məni təəccübləndirdi: Azad Qaradərəlinin, Eyvaz Zeynalovun, Aslan Quliyevin, Aliq Nağıoğlunun, Aydın Tağıyevin hekayəçiliyini, Rəhim Əliyevin “Qoşulub qaçmayan qız” romanını nəzərdə tuturam...
Ədəbi prosesin davamlı və yeni hadisələr hesabına intensivləşməsini əlamətdar sayıram. MKM müsabiqəsinin 3-cü dəfə start götürməsi, “Azadlığ”ın “Oxu zalı”nın 3-cü dəfə hekayələr və təzəcə şeir müsabiqəsinin, Kult.az-ın gənclər üçün Nəsimi müsabiqəsinin 2012-ci ildə də davam etməsi təqdirəlayiqdir. Amma nəticələrin daha uğurlu olmasını arzu edərdim. Bu ilki yekunlar mənimçün təzə nəsə üzə çıxarmadı. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin də müsabiqələr sırasına qoşulması, yeni 2013-cü ildən bütün ədəbi nominasiyalar üzrə mükafatlar təsis etməsini alqışlayıram.
2012-ci ildən daha bir rüblük jurnal - “Yazı” dərgisinin çıxmasına sevindim. Xüsusən, il ərzində ardıcıl 4 sayın çıxması və burda peşəkar ədəbiyyatın dərc olunması baxımından. “Alatoran” jurnalının son saylarında yalnız tərcüməyə yer verilməsi onu ədəbi prosesin periferiyasına sıxışdırsa da, jurnalın Avropada özünə dostlar qazanması, müasir Qərbin ab-havasını bizə yaşatmaq səylərini də qiymətləndirməmək olmaz. Oxu zalı və Kult.az-dan sonra bu il Kulis.az ədəbi prosesə yeni nəfəs gətirməyə çalışdı. Amma məncə, saytın konseptual axtarışları hələ istənilən nəticəni verməmişdir. Qan Turalının ilin sonunda Anarla müsahibəsində xalq yazıçısına hərtərəfli “uduzması” da bunu göstərdi...”
Tənqidçi İradə Musayeva isə həmkarlarından fərqli olaraq 2012-ci ilin ədəbi həyatı haqqında ümumi və konkret məqamlara toxundu: “2012-ci il Azərbaycanın ədəbiyyat həyatında sevincli-kədərli, emosional-polemik çalarları ilə müşahidə olundu. Rafiq Tağı nisgilini, Fərid-Şəhriyar həyəcanını yaşadıq. Yenə də il boyu yazıçılar dedi ki, Azərbaycanda tənqidçi yoxdu, tənqidçilər dedi ki, yazıçı yoxdu. Bu “yoxdu-yoxdu” mühitində əslində çox işlər görüldü - müsabiqələr, (məsələn, “Ədəbi Azadlıq-2012” ədəbi prosesə xeyli canlılıq və obyektivlik gətirdi) müzakirələr, saysız-hesabsız kitab təqdimatları və ədəbi mübahisələr… Hərdənbir dünya ədəbiyyatına da boylandıq, tərcümələrdən danışdıq, Nobelçilər haqqında məlumatlar topladıq.
Ilin sonunda isə AYB və AYO ənənəsi təzələndi. Qan Turalını geyindirib-keçindirib mikrofonu yaxasına taxıb göndərdilər Anar müəllimin kabinetinə. İşin tərsliyindən Qan Turalı ədəb-ərkan dairəsində müsahibəsini hazırladı və qayıtdı geri. Elə bil Anar müəllimə söz deməyin yeganə yolu Qan Turalının mikrofonundan keçirmiş və sonuncu güllə də elə o mikrofondaymış ki, o da hədəfə dəyməyib yan keçib. Gənclər Qan Turalını az qaldı ki, satqın kimi hərbi tribunala çəksinlər…”
Tanınmış tənqidçi Əsəd Cahangir hesab edir ki, yola salınan ilin ən ciddi ədəbiyyat hadisəsi Kamal Abdullanın “Yarımçıq əlyazma” romanının Nobel Komissiyası qeydiyyatından keçməsi oldu: “Yazıçının “Labirint” hekayələr toplusu isə milli hekayəmizi keçilməsi zəruri olan yeni düşüncə labirintinin dərinliklərinə apardı. Ümumiyyətlə, ilin ədəbiyyat adamı Kamal Abdulla oldu. Etimad Başkeçidin “Min yol mənə söylər” romanı özünün dao fəlsəfəsi, kamil alt yapısı, xüsusən də bədii və elmi düşüncənin ironik sintezini özündə birləşdirən canlı dili ilə çoxsaylı romanlar arasında seçildi. Etimadı ilin ən uğurlu romançısı saymaq olar.
Özünün qadın problemlərinə həsr olunmuş “Qadın da ağac kimidir” şeirlər kitabı ilə Narıngülü ilin şairəsi sayıram. Arzu edək ki, bu ağaclardan meyvə dərsinlər, taxta çəkməsinlər.
Elvin Bakiroğlunun bu günlərdə işıq üzü görən, yenilikçi axtarışlarını özündə əks etdirən “Nə sussan, mənə xoşdur” şeirlər kitabı haqda isə ədəbi cameə yəqin ki, susmayacaq.
Çünki Elvniə 13 rəqəmi düşür, qarşıdan isə 2013 gəlir.
İlin dərgisi aylardan bəri podiumdan düşməyən “Ulduz” oldu: dərginin Aysel Əlizadənin redaktorluğu ilə çıxan iyul sayı bu populyarlığın neqativ, Kəramət Böyükçölün redaktorluğu ilə çıxan noyabr sayı isə pozitiv yönünü üzə çıxardı. Bu mənada Ayseli ilin ən iddialı, Kəraməti isə ən uğurlu məsul redaktoru sayıram.
Emin Piri, Mətləb Muxtarov, Aqşin Evren, Şahinə Könül ilin gənc şairləri adını öz aralarında bölüşdürdülər. Kimə nə düşdü, nə düşdü. Ramil Əhmədin isə bəxti gətirdi - ilin ən uğurlu debütant şairi adına şəriksiz yiyələndi.
“Ulduz” dərgisinin bir neçə sayını gənclərə həvalə etməklə geniş müzakirələrə impuls verən Elçin Hüseynbəyli ilin ən uğurlu ədəbi layihə müəllifi oldu.
İlin tərcüməçisi kimi Mişe Selimoviçin “Dərviş və ölüm” romanını dilimizə çevirən Ələkbər Salahzadənin adını çəkmək lazımdır. Tərcümənin özəlliyi təkcə romanının dünyaca məşhur olması, tərcümənin uğuru yox, həm də 1972-ci ildən başlanan tərcümə işinin, nəhayət, bu il üzə çıxmasındadır.
“525-ci qəzet” ədəbiyyat məsələlərinin əksində həmişə olduğu kimi, bu il də 1-ci oldu. Ədəbi saytlar arasında Azadlıq Radiosunun “Oxu zalı” səhifəsi ötən illərdəki birincilik mövqeyini bu il də qoruyub saxladı - həm neqativ, həm də pozitiv anlamda. İlin ən uğursuz ədəbi növü adını almaq şərəfi dramaturgiyanın payına düşdü. Dramaturqlarımız nə elə bir qəmədiyə, nə də şəbeh çıxara bildilər. Məncə, ilin ən obyektiv tənqidçiləri İradə Musayeva və Elnarə Tofiqqızıdır. Elnarə Akimova bu amazonkalar duetini trioya çevirməyə il ərzində çox yaxın idi. Təəssüf ki, ilin lap axırında verdiyi bir sıra aşıqlamalar və yazdığı yazılarla bu trionu görmək şansından bizi məhrum etdi”.
Könül Səid
Teleqraf.com