Fransız aktyora Rusiya Federasiyasının pasportu verildi

Fransalı aktyor Gerard Depardieu və Rusiya prezident Vladimir Putin Soçidə görüş zamanı

-
Rusiya prezidenti Vladimir Putin fransalı aktyor Gérard Depardieu-yə Rusiya federasiyasının pasportunu təqdim edib.

RiaNovosti agentliyinin Prezidentin mətbuat katibi Dmitriy Peskova istinadla verdiyi xəbərə görə, prezidentlə aktyor Soçidə görüşüblər və bu qısa görüşdə Vladimir Putin Gérard Depardieu-ə Rusiya Federasiyasının pasportunu təqdim edib.

Putinin şəxsi saytında verilən məlumata görə, aktyor prezidentlə Qriqoriy Rasputin barədə çəkilmiş rus-fransız filmdə oynadığı baş rol barədə danışıb.

Vladimir Putin aktyor Gérard Depardieu-ə Rusiya vətəndaşlığının verilməsi barədə Fərmanı yanvarın 3-də imzalayıb. Fərmanda deyilirdi ki, «Rusiya Federasiyası Konstitusiyasının 89-cu maddəsinin «a» bəndinə əsasən 1948-ci ildə Fransada anadan olmuş Gérard Depardieu-nin Rusiya vətəndaşlığının qəbuluna dair müraciəti təmin olunsun».

Gérard Depardieu Fransanın yeni prezidenti Francois Hollande-nin vergi islahatından (ildə bir milyondan çox gəlirə 75 faiz vergi tətbiq edib) sonra Fransa vətəndaşlığından imtina etdiyini bildirib, Belçikaya getmişdi.

Aktyorla prezidentin görüşü