-
Yanvarın 6-da 1991-92-ci illərdə Azərbaycanın Baş prokuroru olmuş Murad Babayev vəfat edib.
APA-nın məlumatına görə, keçmiş baş prokuror əvvəllər bir neçə dəfə ürəyindən əməliyyat keçirib.
Murad Köçəri oğlu Babayev 1951-ci il dekabrın 10-da Cəbrayıl rayonunun Şükürbəyli kəndində anadan olub. 1968-1973-cü illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. 1973-cü ildə Binəqədi rayonunda təcrübəçi müstəntiq, 1977-1980-ci illərdə Bakı şəhərində açılmamış ölüm üzrə müstəntiq, 1982-ci ildə Mingəçevir şəhərində prokuror vəzifəsində çalışıb. 1987-ci ildə Azərbaycan Respublikası Baş prokurorunun müavini təyin edilib. Murad Babayev İsmət Qayıbovun ölümündən sonra- 26 noyabr 1991-ci ildə Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunub,
1992-ci ilin sonunda Baş prokuror vəzifəsindən azad edilib.