Avstraliyada meşə yanğınları davam edir

Avstraliyanın cənubundakı Tasmaniya adasında meşə yanğını zamanı itgin düşmüş 100-ə yaxın adamın axtarışı gedir.

Evakuasiya edilmiş yaşayış məntəqələri bir-bir axtarılır.
Polis onlardan bəzilərinin öldüyünü istisna eləmir.

Ən çox ziyan Danelli şəhərinə dəyib.
Azı 70 ev yanıb, təxminən 3 min adam köçürülüb.

40 dərəcədən çox isti və külək olduğuna görə hakimiyyət hələlik təlükənin sovuşmadığını deyir.