Pakistanda 12 talibançı öldürülüb

Foto arxiv

Pakistanın şimal-qərbində hava zərbəsi nəticəsində azı 12 talibançı ölüb.

Əməliyyat bazar günü ölkənin şimal-qərbində, Əfqanıstan sərhəddinin yaxınlığında keçirilib.

Pakistandakı “Təhriki Taliban” qrupunun lideri Hakimullah Mehsudun qardaşı Tufan Mehsudun da ölənlərin arasında olduğu bildirilir.

Bu barədə DPA agentliyi Pakistan rəhbərliyindəki mənbələrə istinadla xəbər verir.