Gülər Əhmədova vəkil tutub, ancaq vəkilin adını açıqlamaq istəmir

“Ürək ağrılarından əziyyət çəkirəm. Eyni zamanda beyindaxili qan dövranında da problemlər var”.
Bunu keçmiş millət vəkili Gülər Əhmədova APA-ya açıqlamasında deyib.
G.Əhmədova bildirib ki, hazırda evdə müayinə altındadır

G. Əhmədova bir müddət əvvəl dünyasını dəyişən Sevinc Babayevanın oğlunun onun barəsində səsləndirdiyi ittihamlara da cavab verib: “Mən onunla polemikaya girmək istəmirəm. Çünki nə mənim səviyyəm, nədə ki mənim yaşım buna yol vermir. Onunla vəkilim məşğul olur”.

G. Əhmədova vəkil tutduğunu bildirsə də, onun adını açıqlamayıb: “Vəkilimin mətbuatda adının hallanmasını istəmirəm”.