«Bakı, mən səni sevirəm» sona çatır

Bakı

-

«Bakı, mən səni sevirəm» kinolayihəsi bitmək üzrədir.

Xəbəri Mədəniyyət və Turizm Nazirliyinin saytı yayıb.

Xəbərdə bildirilir ki, Türkiyənin tanınmış aktrisası Eyşam Özhimin də dəvət edildiyi filmlərin səsləndirilmə prosesi artıq başa çatıb.

Hazırda Moskvada filmlərin son ştrixləri vurulur.

Kinolayihənin 2013-cü ilin fevralında təhvil verilməsi nəzərdə tutulub.

Kinolayihənin rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yegor Konchalovsky, Nadir Machanov və Aleksey Golubev-dir.

«Bakı, mən səni sevirəm» kinolayihəsi 10 filmdən ibarətdir.

Hər filmin xronometrajı 9 dəqiqədir.