Gürcüstanda hərbi çağırışlar ləğv olunur

4 ilə Gürcüstan ordusu tam olaraq peşəkar müqavilə sisteminə keçəcək və hərbi çağırış yolu ilə məcburi hərbi xidmət ləğv ediləcək. Gürcüstanın yeni müdafiə naziri Irakly Alasania yanvarın 8-də Tbilisidə jurnalistlərə belə deyib.

Nazirin sözlərinə görə, ilkin mərhələdə hərbi xidmətin müddəti 15 aydan 1 ilə endiriləcək, 4 il sonunda isə orduda ancaq müqavilə əsasında peşəkarlar xidmət edəcək.

Hazırda Gürcüstan ordusunun şəxsi heyəti 37 min nəfərdir. Bundan başqa Əfqanıstanda da 1600 nəfərlik gürcü hərbçisi xidmət edir.