Suriyada milyona yaxın sakinə təcili ərzaq yardımı çatdırılmalıdır

Hazırda Suriyada milyona yaxın sakinə təcili ərzaq yardımı çatdırılmalıdır.

Belə bir bəyanatla çərşənbə axşamı Cenervrədə BMT-nin Ümumdünya Ərzaq Proqramının rəsmisi Elizabeth Birs çıxış edib.
O qeyd edib ki, Suriya rejiminin buna şərait yaratmaması vəziyyəti daha da pisləşdirib.

BMT-nin məlumatına görə 21 aydır ki, davam edən Suriya münaqişəsində 60 mindən çox adam ölüb.

Hazırda ölkədə üsyançılarla hökumət qoşunları arasında döyüşlər gedir.
Müxalifət prezident Bashar Assadın istefasını tələb edir.