NATO-ya yük daşıyan sürücülər tətil elan edib

Əfqanıstandakı NATO qüvvələrinə yük daşıyan sürücülər maaşların artırılması, təhlükəsizliklərinin təmin edilməsi və korrupsiyaya son qoyulması tələbi ilə tətilə çıxıblar.

Nəqliyyat işçiləri ittifaqının rəhbəri Jehanzeb Khanın sözlərinə görə, hər bir sürücü Hayber bölgəsindən keçmək üçün təhlükəsizlik xidmətinin əməkdaşlarına təxminən 165 ABŞ dolları rüşvət verir.

NATO-nun Əfqanıstandakı nümayəndələri hələlik məsələyə münasibət bildirməyib.