Viktor Boutun tərəfdaşı da saxlanıb

Viktor Bout

Avstraliyada hazırda ABŞ-da 25 illik həbs cəzası çəkən rusiyalı iş adamı Viktor Boutun tərəfdaşı yaxalanıb.

Amerikalı prokuror Bkhararın məlumatına görə, əslən suriyalı olan Richard Ammar çərşənbə günü həbs edilib.

O Bout və digər şəxslərlə birlikdə ABŞ-ın sanksiyalarına məhəl qoymayaraq münaqişə zonalarına silah göndərmək üçün ABŞ-da iki təyyarə əldə etməkdə ittiham olunur.

Viktor Boutun özü isə 2010-cu ilin noyabrında Tailandda saxlanıb, 2012-ci ilin aprelində ABŞ-da qanunsuz silah alveri və terrorçu qruplara kömək etməkdə təqsirli bilinərək
25 illik həbs cəzasına məhkum edilib.

Rusiya onun verilməsinə çalışır.