-
"Qanun" nəşriyyatı müasir Norveç yazarı Per Pettersonun "Atları oğurlamaq vaxtıdır" romanını Azərbaycan dilində çap etdi.
Norveçdə ən çox oxunan müəlliflərdən olan Petterson bu romanla bir sıra nüfuzlu ədəbi mükafatlar, o cümlədən İMPAC ödülünü qazanıb.
Müharibə vaxtı, Müqavimət hərəkatı, arxa fonda baş verən sevgi dramı – bir qadın, iki kişi, qısqanclıq…
Bunlar 50 ildən sonra xatırlanır… Sən demə, müharibə vaxtı təkcə döyüşmürlər, orada sevmək də, xəyanət də baş verir.
Əsərin qəhrəmanı həmin iki kişidən birinin oğlu – indi 67 yaşı olan Trond Sander ömrünün qalan illərini təklikdə, tənhalıqda keçirmək istəyir. Buna görə də 50 ildən sonra Norveçin uzaq bir kəndinə – 15-16 yaşında olduğu yerlərə yaşamağa gedir. Bu sərhəd kəndində müharibə vaxtı atası rezident olaraq yaşamağa göndərilmişdi…
Tərcümə: Firudin Ağazadə