İsveçrə Mübarəkin pullarını Misirə qaytarmağa tələsmir

İsveçrə bildirib ki, keçmiş Misir prezidenti Hüsni Mübarəklə əlaqəli və inqilabdan sonra dondurulmuş hesablarda pulların geri - Misirə qaytarılması yubadılır, çünki bu pulları geri istəyən qurumlar araşdırılır.

Hüsni Mübarəklə əlaqəli hesablarda İsveçrədə 700 milyon dollar dondurulub.
Həmin pulları yeni Misir hökuməti geri istəyir.